Xəbərlər‎ > ‎

Heydər Camal: "Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar"

Отправлено 25 янв. 2015 г., 10:17 пользователем Murad Nabibekov   [ обновлено 25 янв. 2015 г., 10:17 ]
25.01.2015.
"Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar. Bu problemin heç bir siyasi və ya diplomatik həllindən söhbət gedə bilməz".

        Məlumata görə, bunu Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal jurnalistlərə müsahibəsində deyib. Politoloqun fikrincə, ümumiyyətlə, Cənubi Qafqazda erməni faktının olması Rusiyanın imperialist siyasətinin nəticəsidir. "Rusiya erməniləri regionda islamın və müsəlmanların hökmranlığını neytrallaşdırmaq üçün bir alət, "beşinci kolon" kimi istifadə edirdi", - deyə o əlavə edib.
        Politoloq həmçinin qeyd edib ki, ermənilərlə sülh yolu ilə razılığa gəlmək mümkün deyil. "Azərbaycanın tək yolu Ermənistanın tərəfdaşlarının öz problemlərinə başı qarışan zaman hücuma keçməsidir. Burada, əlbəttə ki, Rusiya Federasiyası nəzərdə tutulur".
        Heydər Camal İŞİD-in Azərbaycan üçün nə dərəcədə təhlükəli olması haqqında suala da cavab verib. Onun sözlərinə görə, hal-hazırda İŞİD-in əsas hədəfi Səudiyyə Ərəbistanıdır və onun diqqəti bu regionda cəmlənib. "Başqa məqsədlər isə hələlik onlar üçün aktual deyil".

Mənbə: www.anspress.com