Xəbərlər‎ > ‎

İzmit şəhərində Xocalı abidəsi açıldı

Отправлено 23 апр. 2015 г., 9:08 пользователем Murad Nabibekov   [ обновлено 23 апр. 2015 г., 9:10 ]
        Türkiyənin Kocaeli Bölgəsində İzmit Bələdiyyəsi tərəfindən ucaldılan Xocalı Şəhidləri Abidəsinin açılışı oldu. 

        Abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə ortaya gəlmiş və İzmit Bələdiyyəsi tərəfindən icra edilmişdir. Abidə Xocalı Şəhidlərinin qətliamı anını və Azərbaycan Türkiyə qardaşlığını əks etdirir.
        Mərasimin əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara göndərdiyi müraciəti oxundu. Daha sonra İzmit Bələdiyyəsi Başqanı Dr. Nevzat Doğan, TADEF Rəhbəri Bilal Dündar, Diasporla İş Üzrə Dövlət Komitəsi Sədr Müavini Valeh Hacıyev, Kocaeli Böyükşəhər Bələdiyəsi Başkan Vəkili Zəkəriya Özak və digərləri çıxış etdilər. Çıxış edənlər Azərbaycan ilə Türkiyə münasibətlərindən söz açaraq, iki ölkə arasındaki mövcud tarixi qardaşlığından danışdılar. Xocalı abidəsinin önəmini vurğulayan çıxışçılar gələcək nəsillərində bu Soyqırımı və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmada önəmli rol oynayacaqlarını dedilər, Xocalı Şəhdilərinin ruhlarına dualar oxudular.
        
Mərasimdə həmçinin Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, HaberAzerbaycan.com Xəbər Portalının Rəhbəri Anar Əsədov, Azərbaycandan gəlmiş QHT rəhbərlərindən Akif Nağı, Dilbər Sultanova, Naibə Behbudova, İradə Polad, Qarabağ Azadlıq TəşkilatınınTürkiyə Nümayəndəliyinin Başkanı Cafer Dal, Başkan Yardımcısı Eyüp Mansuroğlu, İctimai fəallar Eldar Acalov, İlhan İşbaşı, Aliq Bağırov, Aysel Hüseynova, Sakarya və Kocaeli Universitetində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı Özbək, Qazax, Qırğız, Türkmən, Əfqan, Latış və digər ölkələrdən bir çox tələbələr də iştirak ediblər.
        
QAT Sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: Xocalıf aciəsinin bütün Türk Dünyasının ümumi dərdinə çevrilməsi, Türkiyə üçün xüsusi önəm daşıması bu gün bir daha nümayiş etdirildi. Şəhidlərimizin qisasının alınması hər birimizin müqəddəs borcudur.
        TADEF Sədri Bilal Dündar bütün iştirakçılara müraciət edərək mərasimdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi, bu yolda sona qədər gedəcəklərini vurğuladı.
        Abidənin açılış mərasimindən sonra daha bir mühim hadisə baş verdi. İzmitin ən görkəmli və önəmli yerlərindən birində Azərbaycan Prezidenti İlham Əliyevin adına böyük parkın açılışı oldu. Parkda ağaclar əkildi, ətrafda abadlıq işləri aparıldı. Burada da Kocaeli Bölgəsinin və İzmit Şəhərinin Rəhbərləri iştirak edib çıxış edərək İlham Əliyevin Türk Dünyası üçün gördüyü böyük işlərdən danışdılar.

QAT Mətbuat Xidməti
23 aprel 2015.
Mənbə: Qat.az