Xəbərlər‎ > ‎

Qubada 1918-1920-ci illər soyqırımına həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Отправлено 8 дек. 2014 г., 23:27 пользователем Murad Nabibekov   [ обновлено 8 дек. 2014 г., 23:27 ]
        2015-ci il martın 29-dan aprelin 1-dək AMEA Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Quba şəhərində “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

        Tədbirdə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.
        Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 2015-ci il yanvarın 30-dək Təşkilat Komitəsinə göndərə bilərlər.
        Tezislərin həcmi 3 səhifədən artıq olmamalıdır. Tezislərin elektron variantı e-mail: djabibaxramov@mail.ru və tofig-nacafli@rambler.ru ünvanına göndərilməlidir.

        Əlaqə nömrələri: (+994 12) 5393615, (+994 12) 5393619, (+994 50) 327464.
        E-mail: djabibaxramov@mail.ru, tofig-nacafli@rambler.ru

Mənbə: www.science.gov.az