Xəbərlər‎ > ‎

Erməni dığaların "Dörd T" planı

Отправлено 8 дек. 2014 г., 11:24 пользователем Murad Nabibekov   [ обновлено 8 дек. 2014 г., 12:13 ]
        "Daşnaksütyun" partiyasının nümayəndəsi Kiro Manoyan yeni sərsəm açıqlamalar verib, xəyalpərəst iddialarla çıxış edərək, Türkiyə hökumətindən təzminat tələb edib.

        Məlumata görə o, parlament dinləmələrində bildirib ki, Türkiyə hökuməti rəsmən "erməni soyqırımı"nı tanımalıdır və buna görə üzr istəməlidir.
        Bu erməni dığası bir az da "irəli" gedərək deyib ki, vaxtilə kim hansı cinayətləri edib aydın göstərmək lazımdır. Türkiyə daxildə və ölkə xaricində genişmiqyaslı tədbirləri keçirməlidir və soyqırım mövzusu müzakirələrin əsas elementini təşkil etməlidir.
        K.Manoyan həyasızcasına hətta Türkiyəyə yol da göstərib: "Ankara bununla bağlı siyasətini dəyişməli və erməni dövlətinə kömək etməlidir. Maliyyə kompensasiyasından və erməni-türk sərhədinin açılmasından başqa, Ankara əmlakın qaytarılması, həlak olanların həyatları üçün kompensasiya vermək kimi bir sıra müsbət addımlar atmalıdır".
        Təbii ki, halva-halva deməklə ağız şirin olmur. Görünür, bu yalanları, iddiaları söyləməklə, onların ağızları şirinləşir. Bunun dozası çox olanda isə şirniklənmə vərdişi yaranır. Şirniklənən istənilən canlı isə son məqamda gödəninin güdazına gedir. Şirniklənmə tamahdan irəli gəldiyi üçün tamahkar obrazı yaranır. Bu obrazın nümunəsi isə erməni daşnaklarıdır.
        Aydındır ki, bu, açıqlamaların məqsədi ermənilərin "Böyük Ermənistan" xülyası uğrunda vacib hesab etdikləri addımlardan biri - qondarma “soyqırımı” iddiaları ilə gündəm yaratmaq və Türkiyəyə qarşı yönəlmiş planları həyata keçirməkdən başqa bir şey deyil. Onlar ölkə daxilindəki bədbinlikdən, susqunluqdan xilas olmaq üçün belə iddialı çıxışlar edib ictimailəşmək istəyirlər. 
        Ümumiyyətlə, ermənilər özlərinin adlandırdığı "Dörd T" planı əsasında hələ də "Tanıtma, Tanınma, Təzminat və Torpaq" iddiaları ilə yaşayırlar. Onlar belə hesab edirlər ki, guya qondarma erməni soyqrımı bütün dünyada "tanıdılacaq", iddialar dünya ictimaiyyətinə qəbul etdirilb Türkiyə tərəfindən "tanınacaq" qondarma soyqırımına görə Ankaradan "təzminat" alınacaq. Beləliklə, "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün zəruri olan "torpaqlar" Türkiyədən qoparılacaq.
        Tarixdən də göründüyü kimi, həyasızlıq yarışmasında daim ilk yeri tutan ermənilərlə mehriban, yumşaq davranmaq olmaz. Çünki, o dəqiqə bu fürsətdən məqsədləri üçün istifadə edirlər. Necə ki, bu ilin aprelində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir balaca ermənilərə təsəlli verib, humanizm və mədəniyyət göstərərək, Osmanlı zamanında ölənlər üçün başsağlığı mesajı vermişdi.
www.anspress.com
Mənbə: Qat.az