Xəbərlər‎ > ‎

Erməni yalanları bu kitabda ifşa edildi

Отправлено 8 дек. 2014 г., 11:16 пользователем Murad Nabibekov   [ обновлено 8 дек. 2014 г., 12:19 ]
        Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ – Diaspor, Soyqırım və Terror” adlı kitab nəşr edilib.

        Məlumata görə, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin müəllifi olduğu kitabda Dağlıq Qarabağın tarixi, işğal olunan rayonların tarixi, erməni terrorizmi, diaspor siyasəti, regional əməkdaşlıq, Xocalı soyqırımı, 31 mart soyqırımı, deportasiya, əsassız erməni iddiaları, erməni terror təşkilatları, böyük dövlətlərin siyasəti, geosiyasət və digər məsələlər öz əksini tapıb. Tarixən Rusiya dövlətinin ermənilərə olan himayədarlıq mövqeyi və bunun nəticəsində onların azərbaycanlılara qarşı mübarizə aparmalarına və hətta azərbaycanlıların öz doğma yerlərindən çıxarılması məsələri də kitabda tədqiq edilib.
        Kitabda Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinin beynəlxalq hüquqi analizi edilir, siyasi və tarixi yanaşma göstərilir. Kitabda eyni zamanda tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “Böyük Ermənistan” əfsanəsinin yaradılması, Qərb və Rusiyanın təsiri, İran, Türkiyə, Fransa kimi dövlətlərin problemə yanaşması araşdırılır. Erməni əsirliyində olan azərbaycanlılara münasibət, terrorçu ermənilər, onların məkrli planları, digər terrorçu təşkilatlarla əməkdaşlığı kimi məsələlərə ətraflı toxunulur. Azərbaycan diasporunun fəaliyyəti, lobbiçilik və türk diasporları arasında əməkdaşlıq da kitabda araşdırılan istiqamətlərdəndir.
www.anspress.com
Mənbə: Qat.az