Xəbərlər‎ > ‎

Şəhidliyi erməni əsirliyindən üstün tutmuş azərbaycanlı müəllimə - Səma Kərimova anıldı

Отправлено 8 дек. 2014 г., 11:09 пользователем Murad Nabibekov   [ обновлено 8 дек. 2014 г., 12:17 ]
        Dekabrın 7-də Yeni Günəşli qəsəbəsində, Laçın camaatının mərasim evində “Laçın və laçınlılar” facebook qrupunun admınləri Ramin Cəbrayıl, Orxan Cəbrayıl və Söhrab Həsənovun təşkilatçılığıyla 1993-cü il martın 31-də - Kəlbəcərin işğalı zamanı 1 yaş 6 aylıq körpəsi Nurlanə ilə birgə ermənilərə əsir düşmüş və həmin il mayın 15-də Xankəndində erməni əsirliyindən qayıtmağı Azərbaycan xanımına layiq bilməyərək özünü şəhid etmiş Səma Aydın qızı Kərimovanın xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
        Şəhidin anası Sevda Kərimova, bacısı Səbinə Kərimova və körpə yaşında erməni əsirliyində daşnak cəlladların qəddarlığı nəticəsində görmə qabiliyyətini itirmiş Nurlanə Hümbətovanın qatıldığı mərasimdə Laçın rayon ziyalıları ilə yanaşı, bir sıra Qarabağ döyüşçü və əlil təşkilatlarının, qadın qurumlarının nümayəndələri, yazar və jurnalistlər iştirak ediblər. 
        Tədbirin ən yaddaqalan və təsirli epizodu Vətən, xalq, namus yolunda canına qıymış xanım şəhidin müəllimi Əyyub İsmayılovun və Laçında Səma Kərimovanın dərs vermiş olduğu şagirdləri Ramil və Orxan Cəbrayıl qardaşlarının çıxışı olub.
        Mərasimin sonunda erməni vəhşiliyi ucbatından anası ilə bərabər hər iki gözünün nurunu da itirmiş Nurlanənin beynəlxalq ictimaiyyətə, ölkəmizdəki xarici ölkə səfirliklərinə və Ermənistan prezidenti SerjSərkisyana ünvanlanmış qəlbləri göynədən müraciəti Xatirə Laçının ifasında oxunub. 
        “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlinin apardığı mərasimin sonunda türk-müsəlman, Azərbaycan qadınının bir qəhrəmanlıq təcəssümü olan şəhid Səma Kərimovanın adının paytaxt küçələrindən birinə verilməsi, eləcə də heykəl, yaxud büstünün qoyulması xahişi ilə hökumət orqanlarına müraciət etməyi qərara alıblar.
www.modern.az

Mənbə: Qat.az