Xəbərlər‎ > ‎

Şəhidimiz bu gün torpağa tapşırıldı (video)

Отправлено 1 февр. 2015 г., 10:17 пользователем Murad Nabibekov   [ обновлено 1 февр. 2015 г., 10:23 ]
        
Dünən - yanvarın 31-də saat 12:55 radələrində cəbhənin Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu şəhid olub. Şəhidin nəşi doğulduğu rayona bu gün səhər saatlarında gətirilib.


        Kanal S-in məlumatına görə, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Şəkinin Böyük Dəhnə kənd sakini Allahverdiyev Eşqin Rəhim oğlunun dəfn mərasimi keçirilib. Mərasimdə müdafiə nazirliyinin nümayəndələri, hərbi hissəsinin zabit-əsgər heyəti, yerli rayon icra hakimiyyəti rəsmiləri iştirak edib. Çıxış edənlər torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini, onların daim elin yaddaşında xatırlanacağını deyiblər. Şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
        Şəhid Allahverdiyev Eşqin Rəhim oğlu doğulduğu kəndin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin dəfni xüsusi qaydalarla həyata keçirilib. Havaya yaylım atəşi açılıb. Babasına Azərbaycan Respublikasının üç rəngli bayrağı təqdim edilib.
        Qeyd edək ki, 18 yaşlı Allahverdiyev Eşqin Rəhim oğlu ötən ilin iyul ayında hərbi xidmətə yola salınıb. 6 aydır xidmətdə olan Eşqin ailənin 3 övladından biri idi.
        ALLAH RƏHMƏT ELƏSİN.
Mənbə: Kanal S
01 fevral 2015