Xəbərlər

Armenian atrocities continue

Отправлено 8 июл. 2017 г., 5:37 пользователем Admin Sheki.city   [ обновлено 8 июл. 2017 г., 5:38 ]

    
    On July 4 at 20:40 the Armenian armed forces subjected to fire the Alkhanli village of Fizuli region, using 82 and 120 millimeter mortars and heavy grenade launchers. As a result of this provocation of Armenia, the residents of the village Guliyeva Sakhiba Idris gizi (born in 1967), and Guliyeva Zakhra Elnur gizi (born in 2015) were killed. Guliyeva Servinaz Iltifat gizi (born in 1965), who has got fragment wounds as a result of the shelling, has been taken to the military hospital and was operated on.

    
    The relevant international structures were informed in regard with the incident. Due to adequate retaliatory actions undertaken by the military units of the Azerbaijan's Armed Forces located in this direction, the enemy was suppressed.The Ministry of Defense declares that the military-political leadership of Armenia bears full responsibility for this bloody provocation.

İzmit şəhərində Xocalı abidəsi açıldı

Отправлено 23 апр. 2015 г., 9:08 пользователем Murad Nabibekov   [ обновлено 23 апр. 2015 г., 9:10 ]

        Türkiyənin Kocaeli Bölgəsində İzmit Bələdiyyəsi tərəfindən ucaldılan Xocalı Şəhidləri Abidəsinin açılışı oldu. 

        Abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə ortaya gəlmiş və İzmit Bələdiyyəsi tərəfindən icra edilmişdir. Abidə Xocalı Şəhidlərinin qətliamı anını və Azərbaycan Türkiyə qardaşlığını əks etdirir.
        Mərasimin əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara göndərdiyi müraciəti oxundu. Daha sonra İzmit Bələdiyyəsi Başqanı Dr. Nevzat Doğan, TADEF Rəhbəri Bilal Dündar, Diasporla İş Üzrə Dövlət Komitəsi Sədr Müavini Valeh Hacıyev, Kocaeli Böyükşəhər Bələdiyəsi Başkan Vəkili Zəkəriya Özak və digərləri çıxış etdilər. Çıxış edənlər Azərbaycan ilə Türkiyə münasibətlərindən söz açaraq, iki ölkə arasındaki mövcud tarixi qardaşlığından danışdılar. Xocalı abidəsinin önəmini vurğulayan çıxışçılar gələcək nəsillərində bu Soyqırımı və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmada önəmli rol oynayacaqlarını dedilər, Xocalı Şəhdilərinin ruhlarına dualar oxudular.
        
Mərasimdə həmçinin Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, HaberAzerbaycan.com Xəbər Portalının Rəhbəri Anar Əsədov, Azərbaycandan gəlmiş QHT rəhbərlərindən Akif Nağı, Dilbər Sultanova, Naibə Behbudova, İradə Polad, Qarabağ Azadlıq TəşkilatınınTürkiyə Nümayəndəliyinin Başkanı Cafer Dal, Başkan Yardımcısı Eyüp Mansuroğlu, İctimai fəallar Eldar Acalov, İlhan İşbaşı, Aliq Bağırov, Aysel Hüseynova, Sakarya və Kocaeli Universitetində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı Özbək, Qazax, Qırğız, Türkmən, Əfqan, Latış və digər ölkələrdən bir çox tələbələr də iştirak ediblər.
        
QAT Sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: Xocalıf aciəsinin bütün Türk Dünyasının ümumi dərdinə çevrilməsi, Türkiyə üçün xüsusi önəm daşıması bu gün bir daha nümayiş etdirildi. Şəhidlərimizin qisasının alınması hər birimizin müqəddəs borcudur.
        TADEF Sədri Bilal Dündar bütün iştirakçılara müraciət edərək mərasimdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi, bu yolda sona qədər gedəcəklərini vurğuladı.
        Abidənin açılış mərasimindən sonra daha bir mühim hadisə baş verdi. İzmitin ən görkəmli və önəmli yerlərindən birində Azərbaycan Prezidenti İlham Əliyevin adına böyük parkın açılışı oldu. Parkda ağaclar əkildi, ətrafda abadlıq işləri aparıldı. Burada da Kocaeli Bölgəsinin və İzmit Şəhərinin Rəhbərləri iştirak edib çıxış edərək İlham Əliyevin Türk Dünyası üçün gördüyü böyük işlərdən danışdılar.

QAT Mətbuat Xidməti
23 aprel 2015.
Mənbə: Qat.az

İstanbulda Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Sülh Zirvəsi başlayıb

Отправлено 23 апр. 2015 г., 8:59 пользователем Murad Nabibekov   [ обновлено 23 апр. 2015 г., 9:00 ]

        23.04.2015. İstanbulda Çanaqqala savaşlarının 100-cü ildönümünə həsr edilmiş Sülh Zirvəsi başlayıb.

        Xəbərə görə, Sülh Zirvəsinin ilk toplantısına Türkiyə Xarici İşlər Nazirliyinin Siyasət planlaşdırması idarəsinin baş direktoru, Altay Cengizər moderatorluq edib.
        Açılış toplantısında çıxış edən Kembric (Cambridge) Universitetinin professoru Kristofer Klark (Christopher Clark), Oksford (Oxford) Universitetinin professorları Marqaret Makmillan (Margaret MacMillan), Hyu Strakan (Sir Hew Strachan), Prinston (Princeton) Universitetinin professoru Şükrü Hanioğlu və universitetin dosenti Maykl Reynolds (Michael A. Reynolds) İ Dünya müharibəsi illərində Osmanlı torpaqlarında cərəyan etmiş proseslərə qlobal miqyasda baxmağın lüzumuna diqqəti cəlb edərək, “soyqırım” iddialarının da dövrün şərtləri çərçivəsində dəyərləndirilməsinin vacibliyini vurğulayıblar. Osmanlı ermənilərinin Çar Rusiyası tərəfindən istifadə edilməsinin əsas məqsədinin Qara dəniz üzərində hakimiyyəti ələ keçirərək İstanbul boğazını bağlamaq olduğunu xatırladan məruzəçilər, digər tərəfdən, ingilislərin də Çanaqqala boğazını ələ keçirərək Marmara və Egey dənizində hakimiyyət qurmaq istədiklərini, bu şəraitdə imperialist dövlətlərinin təhrikiylə özlərinə müstəqil dövlət qurmaq istəyən ermənilərin buna nail ola bilmədiklərini bildiriblər.
        Sülh Zirvəsinin açılış toplantısında çıxış edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland (Thorbjorn Jagland) isə İ Dünya müharibəsi illərində yaşanmış hadisələrin bir daha yaşanmaması üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin kollektiv məsuliyyət daşımasının vacibliyindən bəhs edib. T. Yagland Suriyada və Ukraynada baş verən hadisələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri daha qəti addımlar atmağa çağırıb.
        Açılış toplantısından sonra APA-nın “Çıxışınızda müasir dünyada faciəli hadisələrin yaşanmaması üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün kollektiv məsuliyyət daşımasının lüzumundan bəhs etdiniz. Sizcə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və faciəyə məruz qalmış 1 milyon qaçqının öz yurdlarına qayıtması üçün Təhlükəsizlik Şurasının üzvü olan ölkələr kollektiv məsuliyyət nümayiş etdirdilərmi?” – sualına cavab verən T. Yaqland deyib ki, bu məsələ ATƏT-in Minsk Qrupuna həvalə edilib. “Amma Minsk Qrupu 23 ildə bu problemin həllinə nail olma bilmədi. Eyni şəkildə davam etməsinin faydası varmı?” - sualına Avropa Şurasının baş katibi “Bu məsələ Minsk Qrupunun öhdəsindədir. Onlar məşğuldurlar, problemin həll yollarını da onlar axtarırlar”, - deyə cavab verib.
        Sülh Zirvəsinin açılış toplantısında azərbaycanlı alimlər, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Məmmədov da iştirak ediblər. Baş nazirin müavini Əli Əhmədovun başçılığı altındakı Azərbaycan nümayəndə heyətinin sammitin axşamüstü keçiriləcək iclasında iştirakı nəzərdə tutulub. Həmin iclasda Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edəcək.
www.apa.az
Mənbə: Qat.az

Ərdoğandan Qarabağla bağlı sərt ÇIXIŞ

Отправлено 18 апр. 2015 г., 10:14 пользователем Murad Nabibekov   [ обновлено 18 апр. 2015 г., 10:15 ]

        Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli şəhərində toplu açılış mərasimində çıxışı zamanı Avropa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni sərt şəkildə tənqid edib.


        Türkiyə rəhbəri sözügedən qətnamənin heç bir əsası olmadığını bildirib.
        Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin uydurma soyqırımı ilə bağlı qəbul etdiyi sənədin müddəaları fonunda Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
        O qeyd edib ki, Türkiyə Ermənistanla sərhədlərini yalnız Qarabağ problemi öz həllini tapdıqdan sonra açacaq.
        “Ermənistanla görüşməyə hazırıq. Hələ də Ermənistanın üzünə qapılarımız açıqdır. Ermənistan saxta erməni soyqırımı iddialarından əl çəksə və Qarabağın işğaldan azad olunması məsələsində müsbət addımlar atsa, onlarla hər cür əməkdaşlığa hazırıq”,-deyən Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də tənqid edib.
        Prezidentin sözlərinə görə ABŞ, Rusiya və Fransa öz üzərinə düşən vəzifəni yerinə yetirmir.
        “ABŞ, Rusiya, Fransa öz üzərinə düşəni eləmir. Beynəlxalq aləmdə Azərbaycanın haqq mövqeyi dəstəklənmir”.
        Xatırladaq ki, bir neçə gün öncə Avropa Parlamentinin məlum məsələ ilə bağlı qəbul etdiyi qətnamədə 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd olunması öz əksini tapıb.
        Qətnamənin 4-cü bəndində bildirilib ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır.
www.modern.az
URL: Qat.az

Moldova Ombudsmanına Azərbaycan-Ukrayna alyansının fəxri üzvlük nişanı və Kiyev Patriarxlığının knyaz Vladimir ordeni təqdim edilib - (fotosessiya)

Отправлено 17 апр. 2015 г., 11:04 пользователем Murad Nabibekov   [ обновлено 17 апр. 2015 г., 11:21 ]

        Azərbaycanın Moldovadakı səfirliyində bu ölkənin parlament vəkili (Ombudsman) Aureliya Qruqoriuya Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının knyaz Vladimir ordeninin, eləcədə Azərbaycan-Ukrayna alyansının fəxri üzvlük qızıl nişanının təqdim edilməsi ilə əlaqədar mərasim keçirilib.

        Səfirlikdən APA-ya verilən xəbərə görə, knyaz Vladimir ordenini A. Qriqoriuya Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığı adından yepiskop Filaret, Azərbaycan-Ukrayna alyansının fəxri üzvlük qızıl nişanını isə alyansın sədri E. Məmmədov təqdim edib.
        Mərasimdə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Respublikasının millətlərarası münasibətlər Bürosunun rəhbəri Yelena Belyakova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, “Rossotrudniçestvo”nun Moldovadakı rəhbəri Valentin Rıbitski, Moldovadakı rus icmasının başçısı Lüdmila Laşşenova, Moldova dağ yəhudiləri icmasının rəhbəri Aleksandr Xanukayev, Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak edib.
   
   
   

Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın xatirəsi yad edildi

Отправлено 25 мар. 2015 г., 6:29 пользователем Murad Nabibekov   [ обновлено 25 мар. 2015 г., 9:11 ]

        
Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuş -
Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın martın 22-də 45 yaşı tamam oldu.
        Martın 14-də isə Bakıda Rəhilə xanımın anım mərasimi keçirilib. 

        Gənc vətənpərvər Leyla Fərhad qızı Həsənovanın təşəbbüsü, Almaz Zeynalovanın rəhbəri olduğu “Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin dəstəyi ilə keçirilən tədbir “Unutmadıq, unutmarıq, unudulmayacaq!” adlanırdı. Elşən Sabiroğlu tədbirin açılışını sədr və layihə rəhbərinə həvalə etdi. Leyla Həsənova Şəhid Rahilə Qarayeva haqqında gələn qonaqlara məlumat verdi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhid xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən Qarabağ döyüşçüləri Rahilə Qarayevanın döyüş şücaətindən danışdılar. İbrahim İbrahimov və Mələk Müzəffərova şəhidin xatirəsinə şeirlər söylədilər. Milli konservatoriyanın tələbələri “Qarabağ şikəstə”sini ifa etdilər. Milli qəhraman Fired Asifin qardaşı Ədalət Məmmədov Rahilə Qarayevanın cürətinin, cəsarətinin gənclər üçün bir örnək olduğunu dedi: “Rahilə xanımın döyüş yoldaşı olaraq demək istəyirəm ki, o, mərd idi. 1992-ci il dekabrın 10- da Qubadlı rayonu Yuxarı Cibihli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmin döyüşdə biz cəsur komandirimiz Həsənqulu Qasımovu, döyüşçü yoldaşlarımız Sirac Mehdiyevi, Əhmədi, Tərlanı, topçumuz Rafaeli itirdik. Bu qanlı döyüş zamanı Rahilə Qarayeva adını çəkdiyim heç bir igiddən geri qalmırdı. Özünə söz vermişdi ki, şəhidlərimizin qisasını alacaq. Çox təəssüf ki, 1993-cü ilin iyununda Rahilə Qarayevanı da itirdik. Onun adı da ucalan şəhidlərlə bir sırada çəkildi.”
        
Anım mərasimində bir çox təşkilatların nümayəndələri də iştirak etdi. Bilik Fondundan Səlim Mirqafarov, “Qürur”-Şəhid ailələri birliyinin sədri Naibə Behbudova, kapitan Gülnarə Musəliyeva, Əlillər cəmiyyətinin sədri Salman Xudaverdiyev, Qaradağ rayonu polis mayoru Aidə Şirinova, Müharibə veteranı Nigar Həmidli, Qarabağ qazisi Təranə Mürsəlqulova, döyüşçü Sevda Səfərova, bacıları Savad və Xanımzər də öz çıxışlarında Rahilə xanımın həyat yolunun qürur mənbəyimiz olmasından danışdılar. Şəhid xanım haqqında olan film də iştirakçılara təqdim olundu. Leyla Həsənova daha sonra çıxış edərək bildirdi: “Belə tədbirləri keçirməkdə məqsədimiz gənclərə vətəni sevməyi aşılamaq, şəhidlərimizin unudulmasına izn verməməkdir.” Almaz Zeynalova isə çıxışında qeyd edib ki, Tovuz Rayon İcra Hakimiyyətindən Rahilə Qarayevanın adının əbədiləşdirilməsi üçün müvafiq addımların atılmasını xahiş edirik.
Mənbə: Newsbaku.info

   
   

        QISA ARAYIŞ

        Rəhilə Qarayeva 1970-ci il martın martın 22-də Tovuz rayonunun Qədirli kəndində dünyaya göz açıb. O, məktəb illərində dalaşqan olmasa da, haqsızı, ədalətsizi cəzalandırmağa hər an hazır idi. Qayğısız çağları isə bir göz qırpımında ötüb keçirdi. Daha sonra Sumqayıt şəhərinə köçən Rəhilə peşə məktəbində təhsil alır. O vaxt yurdsevərlər Azərbaycan adlı bir məmləkəti xilas etməyə, Vətənin başı üstünü almış təhlükəni sovuşdurmağa çalışırdılar. Rəhilə də yurdun layiqli övladları kimi, azadlıq, müstəqillik arzusu ilə alışıb yanırdı. Qarabağ müharibəsi başlayanda isə qəti qərar vermişdi: cəbhəyə gedib düşmənlə ölüm-dirim savaşına qalxmalı. Rəhilə Qarayeva 1992-ci ilin aprelində döyüş bölgəsinə yola düşür və Qubadlıdakı “N” saylı hərbi hissənin ikinci taborunda qulluq etməyə başlayır.         
        Rəhilə Komsomol qızı Qarayeva əvvəlcə tibb məntəqəsində çalışırdı. Yaşıdları Simarəİlhamə kimi, o da tibb bacısı Dilşaddan ilk yardım göstərməyin incəliklərini öyrəndi. Təlim meydanında avtomatdan atəş açmaq da Rəhilə üçün çətin olmadı, atdığı güllələr hədəfə dəyirdi. Bir qədər sonra Rəhilənin sorağı igidlikdə adı dilbər əzbəri olmuş Həsənin bölüyündən gəldi. Həmin bölüyün komandirinin adı da erməni quldurların “qara” siyahısında idi. Günlərin birində xəbər yayıldı ki, düşmənin silahlı dəstələri Yuxarı Cibikliyə hücum edib. Hiyləgər yağılar Əyin kəndində qarışıqlıq salıb bizim döyüşçülərin diqqətini bura yönəltmiş, daha böyük canlı qüvvəsini və texnikasını Yuxarı Cibikliyə yeritmişdi. Ermənilər kəndə girib evlərə od vurmuşdular. Həmin döyüşdə Rəhilə də iştirak edirdi. Qəhrəmanlıqda digər yoldaşlarından heç də geri qalmırdı. Amma Rəhilə Qarayevanın döyüş yolu 1993-cü ilin yayınadək davam etdi. İyulun 31-də Qubadlı torpağında, qanlı döyüşlərin birində 23 yaşında şəhidlik zirvəsinə yüksəldi. 
        Şəhid Rəhilə Qarayeva Tovuz rayonunun Qədirli kəndində dəfn olunub. 
        Allah rəhmət eləsin.

Şəhidimiz bu gün torpağa tapşırıldı (video)

Отправлено 1 февр. 2015 г., 10:17 пользователем Murad Nabibekov   [ обновлено 1 февр. 2015 г., 10:23 ]

        
Dünən - yanvarın 31-də saat 12:55 radələrində cəbhənin Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu şəhid olub. Şəhidin nəşi doğulduğu rayona bu gün səhər saatlarında gətirilib.


        Kanal S-in məlumatına görə, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Şəkinin Böyük Dəhnə kənd sakini Allahverdiyev Eşqin Rəhim oğlunun dəfn mərasimi keçirilib. Mərasimdə müdafiə nazirliyinin nümayəndələri, hərbi hissəsinin zabit-əsgər heyəti, yerli rayon icra hakimiyyəti rəsmiləri iştirak edib. Çıxış edənlər torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini, onların daim elin yaddaşında xatırlanacağını deyiblər. Şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
        Şəhid Allahverdiyev Eşqin Rəhim oğlu doğulduğu kəndin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin dəfni xüsusi qaydalarla həyata keçirilib. Havaya yaylım atəşi açılıb. Babasına Azərbaycan Respublikasının üç rəngli bayrağı təqdim edilib.
        Qeyd edək ki, 18 yaşlı Allahverdiyev Eşqin Rəhim oğlu ötən ilin iyul ayında hərbi xidmətə yola salınıb. 6 aydır xidmətdə olan Eşqin ailənin 3 övladından biri idi.
        ALLAH RƏHMƏT ELƏSİN.
Mənbə: Kanal S
01 fevral 2015

Heydər Camal: "Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar"

Отправлено 25 янв. 2015 г., 10:17 пользователем Murad Nabibekov   [ обновлено 25 янв. 2015 г., 10:17 ]

25.01.2015.
"Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar. Bu problemin heç bir siyasi və ya diplomatik həllindən söhbət gedə bilməz".

        Məlumata görə, bunu Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal jurnalistlərə müsahibəsində deyib. Politoloqun fikrincə, ümumiyyətlə, Cənubi Qafqazda erməni faktının olması Rusiyanın imperialist siyasətinin nəticəsidir. "Rusiya erməniləri regionda islamın və müsəlmanların hökmranlığını neytrallaşdırmaq üçün bir alət, "beşinci kolon" kimi istifadə edirdi", - deyə o əlavə edib.
        Politoloq həmçinin qeyd edib ki, ermənilərlə sülh yolu ilə razılığa gəlmək mümkün deyil. "Azərbaycanın tək yolu Ermənistanın tərəfdaşlarının öz problemlərinə başı qarışan zaman hücuma keçməsidir. Burada, əlbəttə ki, Rusiya Federasiyası nəzərdə tutulur".
        Heydər Camal İŞİD-in Azərbaycan üçün nə dərəcədə təhlükəli olması haqqında suala da cavab verib. Onun sözlərinə görə, hal-hazırda İŞİD-in əsas hədəfi Səudiyyə Ərəbistanıdır və onun diqqəti bu regionda cəmlənib. "Başqa məqsədlər isə hələlik onlar üçün aktual deyil".

Mənbə: www.anspress.com

İrəvanı qorxudan silahımız

Отправлено 25 янв. 2015 г., 10:12 пользователем Murad Nabibekov   [ обновлено 25 янв. 2015 г., 10:13 ]

        İşğal etdiyi ərazilərdə hər gün itkilər verən Ermənistanın KİV-ləri bunu Azərbaycanın aldığı yeni sirli texnika ilə izah edir.


        Məlumata görə, erməni mətbuatı yazır ki, Azərbaycan silahlı qüvvələri Ermənistana qarşı yeni taktika və yeni silahlardan istifadə edir.
        Erməni şərhçi Naira Hayrumyan isə həmin silahları təsvir etməyə çalışır: “Azərbaycanlılar gecə görməyə imkan verən elə texnika alıblar ki, onun vasitəsi ilə hətta minalı sahədən keçə bilirlər, canlı qüvvəni aşkar edirlər və bir zərbə ilə düşməni məhv edirlər”. Hayrumyanın sözlərinə görə, Dağlıq Qarabağdakı işğal rejimi düşünür ki, Azərbaycan xüsusi təyinatlıları İsrail və alman texnikasından istifadə edir.
        Naira Hayrumyan Ermənistanın belə imkanının olmadığını bildirir: “Ermənistanın birtərəfli qaydada Rusiyaya üz tutması başqa ölkələrə kömək üçün üz tutmasına imkan vermir”.
Mənbə: www.anspress.com

Almaniyadan ermənilərə ZƏRBƏ - Parlament qondarma soyqırımını rədd etdi

Отправлено 25 янв. 2015 г., 10:06 пользователем Murad Nabibekov   [ обновлено 25 янв. 2015 г., 10:07 ]

“Almaniya Federal Məclisi qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirməyi düşünmür”.
Bu haqda Modern.az saytına deputat Məlahət İbrahimqızı məlumat verib. O, bildirib ki, bu məlumatı ona milliyətcə türk olan Almaniyanın sabiq millət vəkili, professor Haqqı Kəskin göndərib:

        “Uzun illərdir Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yeridən, torpaqlarımızın 20 faizini işğal edən işğalçı erməni diasporu etnik azərbaycanlıları, türkləri tarixi torpaqlarından qovublar. Belə bir işğalçı dövlətin, erməni lobbisinin və onları dəstəkləyən qüvvələrin səyi ilə 2015-ci il aprelin 24-də qondarma erməni soyqırımının 100 illiyini keçirmək istəyirlər. İllər boyu yorulmadan, utanmadan, usanmadan beynəlxalq ictimaiyyətə belə bir yalanı sırımaq istəyirlər. Bununla da bütövlükdə türk xalqının tarixinə ləkə vurmaq və iyrənc bir siyasət həyata keçirməyə çalışırlar. Eyni zamanda, özlərinin işğalçı siyasətini pərdələmiş olurlar. İşğalçı bir dövlət 100 il bundan öncə tarixdə olmayan bir yalanı dünya ictimaiyyətinə sırımaq istəyir. Sözsüz ki, dünya artıq erməni yalanını çoxdan anlayıb. Yəqin ki, 2015-ci ildə beynəlxalq və dünya ictimai birlikləri erməni yalanına birdəfəlik “yox” deyəcək. Erməni yalanının ifşası ilə bağlı Azərbaycan, eləcə də Türkiyə xalqının birgə mübarizəsi nəticəsində bir çox nailiyyətlər əldə etmişik. Xocalı soyqrımının dünyaya çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox işlər görülüb. Hesab edirəm ki, 2015-ci ildə ermənilərin 100 illiyə hazırlaşması özlərinin ifşasına gətirib çıxaracaq. Bununla bağlı ilk xəbər artıq gəlib. 2015-ci il yanvarın 21-də Almaniya xarici işlər naziri belə bir qərar yayıb.


        Qərarda deyilir:

        Almaniyadaki erməni lobbisi və Ermənistan dövləti 1915-ci il hadisələrinin 100 illiyilə bağlı Almaniya parlamentində (Bundestaqda) bir qərar alınması və anma iclasının keçirilməsinə cəhd etdilər.
        Almaniya Xarici İşlər Nazirliyi hökumət adına, sol partiyaların sual və təkliflərinə Almaniya parlamentində verilən cavab və bu məsələdə edilən aşağıdakı açıqlama, bizlər üçün son dərəcə önəmlidir. Diqqətlə incələnməsi və dəyərləndirilməsində yarar var”.
        Sual və təkliflərə parlamentdə verilən yazılı cavabda, Almaniya hökuməti dörd vacib nöqtəyə toxunub:
        1. 1915-1916-cı il hadisələri haqqında bir dəyərləndirmə etmək əvvəlcə Türkiyyə və Ermənistanın problemidir.
        2. Bu mövzunun araşdırılması üçün bir tarixçilər komissiyasının qurulması doğru bir yanaşma olar.
        3. Soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının konvensiyası 1951-ci ildə qüvvəyə minib. Almaniya bu qərarı 1955-ci ildə imzalayıb. Bu sözləşmə geriyə tətbiq edilə bilməz.
        4. 1915-1916-cı il hadisələrinin 100 illiyi ilə bağlı erməni diasporunun cəhdləri tərəfimizə çatdırıldı. Ancaq Almaniya hökuməti bu məsələdə hər hansı bir xatırlama hərəkəti düşünmür.

Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

1-10 of 17