Şəhidlərimiz


Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla Şəhid olan soydaşlarımız (02-07 aprel 2016)

Отправлено 7 апр. 2016 г., 11:11 пользователем Murad Nabibekov   [ обновлено 7 апр. 2016 г., 11:14 ]


        Baş leytenant İsmayılov Bəkir oğlu (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
        Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
        Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub.
        Əsgər Nurayev Rəvan İsmayıl oğlu. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
        MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb. 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
        Əsgər Kaçayev Samir İzayəddin oğlu, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
        Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
        Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
        Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
        MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
        Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
        Baş leytenant Namazov Elvin Məmməd oğlu. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.
        Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.
        Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
        Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.
        MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Novruzov Fərahim Adışirin oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-də gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.
        Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
        Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
        Mayor Rasim Məmmədov (40 yaş). Tankçı. Tabur komandiri. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.
        Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.
        MAHXQ Hüseynov Əlvan. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
        Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.
Gizir Hümbətov Orxan Kazım oğlu, Şəki rayonu Kiş kəndindən. 1992-ci il təvəllüdlü.
        Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1996-cı il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. T.Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.
        Əsgər Müstəcəbov Orxan. Qobustan rayonu, Bədəlli kənd sakini.
        MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.
        Əsgər Hacıağayev Cabbarxan. Aprelin 4-də Lələtəpə yüksəlikliyində şəhid olub.
        MAHXQ Əsgərov Nurlan Bayram oğlu. Masallı rayonu Kalinovka kəndi. 21 yaş. Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. N.Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib.
        Əsgər Süleymanov Vüqar Natiq oğlu. Şəkinin Böyük Dəhnə kəndindən. 1993-cü il təvəllüdlü
        Əsgər Quliyev Səyyar Knyaz oğlu. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini. Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
        Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
        Əsgər Məmmədov Murad Vaqif oğlu. Əslən Biləsuvar rayonundan olan M.Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
        Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983-cü il təvəllüdlü. Gəncədən hərbi xidmətə çağırılıb.
        Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997-ci il təvəllüdlü. Ağdaş rayonundan (Şəkili) hərbi xidmətə çağırılıb. Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.
        Əsgər Qasımov Nurlan Cəmil oğlu. 1997-ci il təvəllüdlü. Şəmkir rayonunun Tatar kəndində doğulub. N.Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdı.
        Gizir Abdullayev Nurlan Rasim oğlu. 1994-cü il təvəllüdlü. Zərdab rayonunun Böyükdəkkə kəndində doğulub.
        Baş leytenant Həsənov Ziya Niyaz oğlu. 1989-cu il təvəllüdlü. Bərdə rayonu, Lək kəndindən.
        Əsgər Bağırov Emin. Bakı şəhəri, Binəqədi rayonundan.
        Əsgər İslamov Əlizaman Fərrux oğlu. 1997-ci il təvəllüdlü. Lənkəran rayonunun Cilkənd kəndindən..
        Leytenant Şirinov Sahil Həsrət oğlu. Qəbələ rayonu Bum kəndindən. 1992-ci il təvəllüdlü. S.Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
        Əsgər Əsgərov Təbriz Hamlet oğlu. Şəmkir rayonu Morul kəndindən. Gədəbəy istiqamətində döyüşlərdə şəhid olub.
        Əsgər Babayev Emin.
        Əsgər Əzizzadə Xaliq Həsən oğlu. Şərur rayonu, Yaycı kəndindən. Şəhidin nəşinin erməni tərəfdə olduğu bildirilir. 3 gün öncə övladı dünyaya gəlib.
        Baş leytenant Novruzov Mirzə Sərvər oğlu. Goranboy rayonu Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Zabitimiz ailəli idi və iki övladı var.
        Polkovnik Yusifov Vüqar Nürəddin oğlu. Şəmkir rayonunun Şiştəpə kəndindən. 40 yaşlı. V.Yusifov 3 uşaq atası olub.
        Əsgər Şirəliyev Kamran. Bakı şəhəri, Mərdəkan qəsəbəsindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Leytenant Orucəliyevin Qabil. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu olub. Amma Orucəliyev oğlunun nə səsini eşidib, nədə üzünü görüb. Leytenant Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həmdə atasız böyüyüb.
        Əsgər Ülvi Məmmədov. Laçın rayonu Qarakeçdi kəndindən. Aprel ayında hərbi xidmətini başa vuraraq təxris olunmalı idi.
        Əsgər Bayramov Şulan Bayram oğlu, 1996-cı il təvəllüdlü. 1996-cı il təvəllüdlü. Sumqayıt şəhərindən. Ş.Bayramov 2013-cü ildə orta məktəbi bitirib.
        Gizir Ağayev Rusif. Aprelin 7-də gecə atışmasında şəhid olub. Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olub.
        Kapitan Bayramov Vaqif Dilqəm oğlu. 1979-cu il təvəllüdlü. Naftalan şəhərindən. Talış ətrafı atışmada aprelin 7-də gecə şəhid olduğu bildirilir (digər bir mənbəyə görə, itkin düşüb. Bu istiqamətdə məlumat araşdırılır).

        ALLAH RƏHMƏT ELƏSİN.
Xəzər Araşdırmalar Mərkəzi

Dostlarının yolunda şəhid oldu

Отправлено 18 апр. 2015 г., 4:08 пользователем Murad Nabibekov   [ обновлено 18 апр. 2015 г., 4:16 ]

Abdullayev Nazim Xanlar oğlu — “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş döyüşçü, Qarabağ müharibəsi şəhidi.

        Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmət keçmişdir. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq Laçın rayon polis batalyonuna daxil olmuşdur.
        Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxmışdır.
        Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur.
        Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim Xanlar oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
        1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur.
        Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
        Allah rəhmət eləsin.
Mənbə: Vikipadiya

Asim Rəcəb oğlu Rəfiyev

Отправлено 11 янв. 2015 г., 11:29 пользователем Murad Nabibekov   [ обновлено 11 янв. 2015 г., 11:30 ]

ÖMRÜ YARIMÇIQ QALSA DA...

        Rəfiyev Asim Rəcəb oğlu 1975-ci ildə Şəkidə anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına yola düşmüş, 1994-cü il yanvarın 20-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

        20 yanvar faciəsi baş verəndə Asim şəhərdəki 20 saylı orta məktəbin səkkizinci sinfində oxuyurdu. Bütün sinif yoldaşları kimi o da xalqımızın tarixinə qara gün kimi yazılmış həmin faciəni törədənlərə nifrətini bildirmiş, torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olanların qəhrəmanlığına həsəd də aparmışdır. Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının odlu misraları onun da dilinin əzbəri olmuşdu:
İnsan insan olur öz hünəriylə,
                Millət millət olur, xeyri şərilə.
                Torpağın bağrına cəsədləriylə
                Azadlıq tumunu əkdi şəhidlər.

        Lakin onda kimin ağlına gələ bilərdi ki, cəmi dörd il sonra Asim də Vətənimizin müdafiəsinə qalxacaq, cəmi 19 yaşında ikən şəhidlik qisməti olacaq.
        Qardaşı Aydının dediklərindən:
        - Asim ailəmizin ən kiçik oğlu olsa da, bacarıqlı idi, qabiliyyətdə hamımıza nümunə göstərərdi. Hələ orta məktəbdə oxuyarkən avtomaşınlara xüsusi marağı vardı. Ona görə də səkkizincini bitirdikdən sonra 43 saylı peşə məktəbinə daxil oldu. Orada avtomobil təmiri çilingəri ixtisasına yiyələndi. Təhsildən ayrılmadan həm də işləyir, ailəmizə kömək edirdi. Hələ qəlbində çox arzuları vardı. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır...
        Ustası Vaqifin dediklərindən:
        - Asim bacarıqlı, iş yönü bilən, canlara dəyən oğlan idi. Hər gün dərsdən sonra yanıma gələr, peşəsinin sirlərinə dərindən yiyələnərdi. Avtomaşının bütün hissələrinə bələd idi. Bacarıqlı təmir ustası, gözəl sənətkar olacaqdı.
        Amma Qarabağ müharibəsi başlanandan Asim torpaqlarımızın müdafiəsində iştirak etməyi üstün tutdu. Düşmənə qarşı kişi kimi vuruşdu, kişi kimi də şəhid oldu. Allah ona qəni-qəni rəhmət eləsin.
        Beləliklə, texniki peşə məktəbini bitirdikdən az sonra Asim Rəfiyevin sorağı Bakıdakı “N” saylı hərbi hissəsindən, bir müddət sonra isə Qarabağdan gəldi. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. Xalqımızın 20 yanvar faciəsinin dördüncü ildönümünü qeyd etdiyi gündə Rəfiyevlər ailəsi daha bir ağır kədərlə üzləşdi. 20 yanvar şəhidləri sırasına bir Qarabağ şəhidi də əlavə olundu.
        A. Rəfiyevin ömrü yarımçıq qalsa da, xatirəsi doğmalarının, onu tanıyanların qəlbində özünə əbədi yurd saldı.
Fəxriyyə ƏHƏDOVA,
“Milli Qəhrəman” qəzeti

Nurəli Mirəli oğlu Əzizov

Отправлено 11 янв. 2015 г., 11:13 пользователем Murad Nabibekov   [ обновлено 11 янв. 2015 г., 11:19 ]

QƏM YEMƏ, ŞƏHİD ANASI!

        Əzizov Nurəli Mirəli oğlu 1975-ci ilin iyul ayında Şəkidə anadan olmuşdur. 1993-cü ilin iyul ayında Milli Ordu sıralarına yola düşmüş, 1994-cü il yanvarın 13-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhərimizdəki “Şəhidlər xiyabanı”nda torpağa tapşırılmışdır.

        - Nurəli ailəmizin ilki, üç övladımızdan birincisi idi, - deyə şəhid anası Katya Əzizova yana-yana danışdı:
        - Evimizin dirəyi idi. Hər işdə, hər sahədə qardaşları ondan nümunə götürərdilər.
        Hələ məktəbdə oxuyarkən “İpək” şirkətinin “Ulduz” icarə müəssisəsində çilingər işləyən atasının peşəsinə xüsusi maraq göstərirdi. 1989-cu ildə şəhər 2 saylı məktəbin səkkizinci sinfini bitirən kimi Nurəli atasına fikrini açıq bildirdi:
        - İstəyirəm mən də sənin kimi çilingər olum.
        - Lap yaxşı olar, oğul. İstəyirsən səni avtomobil təmiri çilingəri işləyən dostum Akifin yanına qoyum. Ertəsi gün Mirəli kişi oğlunu Akiflə tanış etdi. Nurəli az vaxtda təcrübəli ustanın peşəsinin sirlərini öyrəndi. Ustası bir yerə gedəndə öz yerini ona arxayınlıqla tapşırar, Nurəli də sifarişçilərin hər bir istəyini yerinə yetirməyə, onları razı salmağa çalışardı.
komissarlıqdan çağırış vərəqəsi gəldikdə N.Əzizov da digər yaşıdları kimi Vətən qarşısında xidmət borcunu yerinə yetirməyə yollandı. Bir müddət Bakı yaxınlığındakı “N” hərbi hissəsində döyüş hazırlığına yiyələndi. Əsgər yoldaşlarının, komandirlərinin hörmətini qazandı.
Sonra isə onun sorağı Qarabağdan eşidilməyə başladı. Torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda döyüşlərə inamla girdi, cəsarətlə vuruşdu.
        1994-cü ilin şaxtalı qış günləri idi. Ağdam ətrafında gedən döyüşlər getdikcə kəskinləşirdi. Məhz belə qızğın vuruşmalardan birində - yanvarın 13-də Nurəli düşmən gülləsinə tuş gəldi. Bir gün sonra isə cənazəsi evlərinə - şəhərimizin Vidadi küçəsindəki 15 saylı mənzilə gətirildi. Nurəlinin anası Katya ananın urəyinə dərddən çalın-çarpaz dağ çəkildi. Kədərdən atası Mirəlinin saçları bir gecədə tamam ağardı.
        Qəm yemə, şəhid anası, başını dik tut, şəhid anası! Nurəli Vətən yolunda canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdir. O, öz qəhrəmanlığı ilə təkcə sizi deyil, bütün xalqımızın qəhrəman övladına çevrilmişdir.

Fəxriyyə ƏHƏDOVA,
“Milli Qəhrəman” qəzeti

Mahmud Əlibəy oğlu Əlibəyov

Отправлено 11 янв. 2015 г., 11:06 пользователем Murad Nabibekov   [ обновлено 11 янв. 2015 г., 11:07 ]

AĞ ATLI OĞLAN

        Əlibəyov Mahmud Əlibəy oğlu 1974-cü il noyabr ayının 13-də Şəki rayonunun İncə kəndində anadan olmuşdur. 1994-cü il yanvar ayının 17-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid kimi torpağa tapşırılmışdır. 1974-cü ilin 13 noyabrı idi. İncə kəndində Əlibəyovlar ailəsi ömürlərinin ən xoş günlərindən birini yaşayırdı.

        Tanrı gənc ata-anaya oğul bəxş eləmişdi. Körpənin adını Mahmud qoydular. Kənd camaatı gözaydınlığına gəldi. Hamı: “Adı ilə böyüsün”, -dedi. Mahmud da böyüdü. İncə-Zunud kənd orta məktəbinin birinci sinfinə getdi. On il oxudu. Ləzgi balası inadkar idi, qətiyyətli idi, sözündən dönməz idi. Gözünü açıb kəndlərində torpaq görmüşdü. Bu torpağın istisi, hərarəti Mahmudun canına, qanına hopmuşdu. Mahmud kitablardan oxumuşdu, müəllimlərindən eşitmişdi ki, torpaq müqəddəsdir. Vətənin, xalqın qeyrətli oğulları bu torpaq uğrunda canlarından keçiblər, şəhid olublar. Amma Mahmud bütün bunları sehrli, şirin nağıl kimi qavrayırdı. Mahmudun yuxuları da qəribə idi, sehrli idi. Tez-tez özünü ağ geyimdə, ağ atın üstündə, əli qılınclı görürdü. Mahmud röyalarda düşmənlərlə vuruşurdu, özü də cəsarətlə, hünərlə vuruşurdu. Bu döyüşlərin, bu savaşların baş qəhrəmanı da Mahmudun özü olurdu. Və Mahmudun ağlına gəlmirdi ki, günlərin birində o da torpaqlarımıza hücum edən yağı düşmənlə döyüşmək üçün Ağ atlı oğlan kimi şücaət göstərəcəkdir.
        Bəli, nağıl dili yüyürək olur, - deyiblər. Mahmud da kəndin təmiz suyu, halal çörəyi ilə böyüyüb, boylu-buxunlu, yaraşıqlı bir igid oldu.
        Doxsanıncı ilin gözəl yaz günlərindən biri idi. Kəndə səs yayılmışdı. Hamı Mahmudu cəbhəyə yola salmaq üçün yol üstünə çıxmışdı. Elin ağbirçəyi Pəri nənə anasındasn öncə Mahmudu bağrına basdı, üz-gözündən öpdü, xeyir-dua verdi: - Get, oğlum, get, zəfərlərlə qayıt, - dedi.
        Mahmudun odlu, atəşli baxışları qız-gəlinlərin içərisində bir gözələ tuş gəldi. Mahmud o baxışlarda aydınca oxudu: “Səni ta qəbrə qədər gözləyəcəkdir bu könül. Eşqinə olmayacaq zərrə xəyanət məndə”.
        Əlibəyov Mahmud Əlibəy oğlu beləcə elin xeyir-duası ilə əlinə çanta götürüb üzü cəbhəyə yollandı. O gedən Mahmud birdə 1994-cü ilin qarlı-şaxtalı yanvarında kəndə qayıtdı. Dostları Vətənin şəhid oğlunu çiyinlərində, əlləri üstdə, ürəklərinin başında kəndə gətirdilər, ehtiramla torpağa tapşırdılar. Və bütün kənd camaatını başlarına yığıb dedilər ki, Əlibəyov Mahmud Əlibəy oğlu cəbhədə kişi kimi döyüşüb. Son dəfə 1994-cü il yanvar ayının 17-də Ağdamın Güllücə kəndi uğrunda döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin.
Nərmin QƏDİROVA, 
“Milli Qəhrəman” qəzeti

Sənan Əkbər oğlu Rüstəmov

Отправлено 12 дек. 2014 г., 1:02 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 1:04 ]


        Sənan Əkbər oğlu Rüstəmov - Qarabağ müharibəsində şəhid olub. (d. 11 yanvar, 1973, Ağdam,- - ö. 15 may, 1992, Ağdam, Abdal -Gülablı kəndi)



        Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu.1983-cü ildə III-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. 1984-cü ildən "Qarabağ bülbülləri" ansamblının ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq
kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. Sənan 1989-cu ildə Ağdam şəhər 2 saylı orta məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermiş, ancaq müsabiqdən keçə bilməmişdi. O, Ağdama qayıdaraq 50 saylı Texniki Peşə məktəbinin bir illik Mühasibat şöbəsinə verilmiş və məktəbə daxil olmuşdur. 25 iyun 1990-cı ildə həmin məktəbin mühasibatlıq kursunu əla qiymətlərlə bitirmişdir. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbiində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.

        Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə
Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Döyüşdən sonra onu Tərtərə, ordanda Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Cənan 1992-ci il mart ayında Malıbəyli- Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. Sənan Rüstəmov
Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.
        Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.      
        Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.

1-6 of 6