İşğal edilmiş ərazilər

Ermənistanın hərbi təcavüzünün nəticələri

Отправлено 15 февр. 2016 г., 23:34 пользователем Murad Nabibekov   [ обновлено 15 февр. 2016 г., 23:40 ]

Ermənistanın hərbi təcavüzünün nəticələri

AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİ

Cəbhə xəttinin uzunluğu — 246 km

Dağlıq Qarabağ (1989)

O cümlədən: Şuşa rayonu

Ərazi — 4 388 kv.kmƏrazi — 312 kv.km
Əhali — 189 085Əhali — 20 579
Ermənilər — 145 450 (76.9 %)Azərbaycanlılar — 19 036 (92.5%)
Azərbaycanlılar — 40 688 (21.5 %)Ermənilər — 1 377 (6.7%)
Sair — 2 947 (1.6 %)İşğal olunmuşdur — 1992-ci il, 8 may
Sərhədin uzunluğu — 485 km 

DAĞLIQ QARABAĞIN ƏTRAFINDAKI RAYONLAR

Rayonlarİşğal olunmuşdurƏhalisi- 2015
Laçın rayonu1992-ci il, 18 may74 100
Kəlbəcər rayonu1993-cü il, 2 aprel88 300
Ağdam rayonu1993-cü il, 23 iyul191 700
Füzuli rayonu1993-cü il, 23 avqust125 400
Cəbrayıl rayonu1993-cü il, 23 avqust76 600
Qubadlı rayonu1993-cü il, 31 avqust38 900
Zəngilan rayonu1993-cü il, 29 oktyabr42 700

TƏCAVÜZÜN QURBANLARI

Həlak olmuşdur - 20 000;Əlil olmuşdur - 50 000;İtkin düşmüşdür (2015) - 4 011

Qeyd: Münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür.

DAĞINTILAR VƏ ZİYANLAR (1988-1993-cü illər)

Yaşayış məntəqələri900
Evlər150 000
İctimai binalar7 000
Məktəblər693
Uşaq bağçaları855
Tibb müəssisələri695
Kitabxanalar927
Məbədlər44
Məscidlər9
Tarixi abidələr, saraylar və muzeylər473
Muzey eksponatları40 000
Sənaye və kənd təsərrüfatı müəssisələri6 000
Avtomobil yolları2 670
Körpülər160
Su kommunikasiyaları2 300 km
Qaz kommunikasiyaları2 000 km
Elektrik xətləri15 000 km
Meşələr280 000 ha
Kənd təsərrüfatı üçün yararlı torpaqlar1 000 000 ha
İrriqasiya sistemləri1 200 km

QAÇQIN, MƏCBURİ KÖÇKÜN VƏ SIĞINACAQ AXTARAN ŞƏXSLƏR (2015)

Ermənistandan qaçqınlar350 000
Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər789 000
Orta Asiyadan qaçqınlar (Axısxa türkləri)60 000
Digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər 
(2003-cü ilə qədər onların sayı 11 000 nəfər olmuşdur)
1 500
Cəmi:1 200 500

İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri (2015)

Tank — 350Artilleriya — 425ACV — 398Şəxsi heyət — 45 000 nəfər

İşğal edilmiş ərazilərə qanunsuz köçürülən əhali (2015)

Dağlıq Qarabağ8 500
Laçın13 000
Kəlbəcər700
Zəngilan520
Cəbrayıl280
Cəmi:23 000 nəfər

Qeyd:

1.Qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq 62 şəhər və rayon ərazisində əsasən 1 600-dən çox obyektdə məskunlaşmışdır.

2.Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan məcburi köçkünlərin sayı (2015)-110 612 nəfərdir.


Mənbə: Faktxeber.com


Laçın - 18 may 1992

Отправлено 28 дек. 2014 г., 23:43 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2014 г., 23:43 ]

        Laçın — Azərbaycan Respublikasıda şəhər, Laçın rayonunun inzibati mərkəzi.

        Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
        18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.

Mənbə: http://az.wikipedia.org/



Xəritədə yeri


Məlumatlar

Ərazi 1321 km²
Əhali 11519 [1] nəfər (2007)
Telefon kodu +994 26


Tarixi

Laçın əvvəllər Abdallar adlanıb, 1923[2]-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb[3]. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxaı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar,Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.

Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın" adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.

Qeyd ed'k ki, "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar.Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsiAzərbaycana pənah gətirmişlər.Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.

Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.
Şəkilləri[redaktə]

Erməni işğalından əvvəl

        

    

Erməni işğalından sonra

        

    

Xarici keçidlər

İstinadlar

Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8

[

Şuşa - 8 may 1992

Отправлено 28 дек. 2014 г., 12:27 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2014 г., 12:28 ]

Şuşa  Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər, Şuşa rayonunun inzibati mərkəzi. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır. 

Şuşa şəhəri 1992-ci ilin 5 may tarixindən Ermənistan tərəfindən işğal olunub.

Mənbə: 
http://az.wikipedia.org
Şuşa şəhəri
Gerb
Gerb
Xəritədə yeri
Şuşa Azərbaycan xəritəsində
Şuşa
Şuşa
Məlumatlar
ÖlkəFlag of Azerbaijan.svg Azərbaycan
Əhali19.300 [1] nəfər (2008)
Telefon kodu+994 26
Poçt indeksiAZ 5800
Disambig.svgBu məqalə Şuşa şəhəri haqqındadır. Şuşa rayonu üçün Şuşa rayonu səhifəsinə baxın.
Şuşa şəhərində Qacar sarayı. Sarayda Qacarların ev muzeyi fəaliyyət göstərirdi. Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra isə saray dağıdılaraq xarabalığa çevrilib.


Etimologiya

Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün, onu "Şuşa" (şüşə) adlandırmışlar.[2]

Tarixçəsi

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğluİbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.

Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar:

  • Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.
  • İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.
  • On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir. [3]
Şuşa, Gəncə qapısı

“Qədim” və “Yeni Şuşa”dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur. [4]

Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir.[5]

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi.

Şəhərin kənarında dərin ((((Daşaltı dərəsi))))-nin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.

Zaqafqaziyanın Şirazı

Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

Şuşa məscidi

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: "Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır".

Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy BədəlbəyliƏbdürrəhim bəy HaqverdiyevMir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə ŞuşadaCabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur.

Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev muzeyləri, İbrahimxəlil xan Cavanşirin və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.

Şərqin konservatoriyası

Şuşa musiqi məktəbi (2010)

Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid ŞuşinskiXan Şuşinski,Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.

Şəhərin panoraması

Bax: Şuşada doğulanlar

Şuşanın məhəllələri

Ermənilər tərəfindən yandrılaraq xaraba halına salınmış Şuşa Realnı Məktəbinin binası. Ermənilər xaraba binanın qarşısında konsert verirlər

Tarixçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində bilgi verir. Müəllif yazır: "Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır.

  • İkinci məhəllə Saatlı məhəlləsidir.
  • Üçüncü məhəllə Köçərli məhəlləsidir.
  • Dördüncü məhəllə Mamayı məhəlləsidir.
  • Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.
  • Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
  • Yeddinci məhəllə Hamam qabağıdır.
  • Səkkizinci məhəllə Təzə məhəllədir.

Və aşağı məhəllərin adları bunlardır:

  • Birinci məhəllə Qurdlar.
  • İkinci məhəllə Seyidli.
  • Üçüncü məhəllə Culfalar.
  • Dördüncü məhəllə Toyluq. (Quyuluq)
  • Beşinci məhəllə Çuxur.
  • Altıncı məhəllə Dördlər qurdu.
  • Yeddinci məhəllə Hacı Yusifli.
  • Səkkizinci məhəllə Dörd çinar.
  • Doqquzuncu məhəllə Çöl-qala. Və bu məhəllənin bir adı da "Cuhudlar"dır. [6]

Tarixçi Mirzə Yusif Qarabaği də şəhərin məhəllələrini sadalamışdır: "Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusifli, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası". [7]

Şair və pedaqoq Mirzə Xosrov Şaiq Axundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir. O yazır: "Qarabağ xanı qələnin ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə İrəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən xalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu: Böyük qurtlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircanlı, Mamayı, Saatlı, Köçərili, Mərdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhlə, Balaca qurtlar, Ağa dədəli.

Bu məhəllələrin adı ilə hazırda Qarabağda bir çox kənd vardır.[8]

Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir. O, yazır: "Şuşanın gözəlliyi, ab-havasının bəzi xəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaxınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və s. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu - Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, qalan səkkiz məhəllə - Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı isə yuxarı məhəllələr sayılırdı".[9]

Şuşa qırğınları – 1920

1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.[10]

Şəkillər

  • Xoca Mircanlı məhəlləsi

  •  
  • Sadıqcanın evi (Xoca Mircanlı məhəlləsi)

  •  
  • Hacı Yusifli məhəlləsi

  •  
  •  
  • Seyidli məhəlləsi

  •  
  • Şuşa qalası

  •  
  • Qadın paltarı. Şuşa. XIX əsr

  •  
  • Şuşalı qız

  •  
  • Şuşada ermənilər tərəfindən dağıdılmış Qacar sarayı və Qacarların ev muzeyi

  •  
  • Ruins of the Govheraga Mosque, XVIII c..jpg
  •  
  • Şuşa bulaq 1.jpg

İstinadlar

  1. Jump up Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
  2. Jump up Şuşa şəhərinin tarixi
  3. Jump up Şuşa şəhərinin təşəkkül mərhələləri və əhalisi
  4. Jump up Şuşa şəhərinin tarixi
  5. Jump up Şuşa şəhərinin tarixi
  6. Jump up Qarabağnamələr. 2-ci kitab. səh. 277.
  7. Jump up Qarabağnamələr. 2-ci kitab. səh. 19.
  8. Jump up M. X. Axundov. Ömürdən səhifələr. Bakı: 1992. səh. 10.
  9. Jump up L. Qarabağlı. Şuşa və Hindistan xatirələrim. Bakı: 1996. səh. 16.
  10. Jump up [1]

Xarici keçidlər

Həmçinin bax

[göstər]
b·m·r
Şuşa rayonunun yaşayış məntəqələri

Xocalı - 26 fevral 1992

Отправлено 28 дек. 2014 г., 12:18 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2014 г., 12:31 ]

Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub.

Mənb
ə: 
http://az.wikipedia.org

Disambig.svgBu məqalə Xocalı şəhəri haqqındadır. Rayon üçün Xocalı rayonu səhifəsinə baxın.
Xocalı
A-Xocali.PNG


Xəritədə yeri
Xocalı Azərbaycan xəritəsində
Xocalı
Xocalı
Məlumatlar
ÖlkəFlag of Azerbaijan.svg Azərbaycan
Əhali6 800[1] (2013) nəfər
Nəqliyyat kodu26
Telefon kodu+994 26
Poçt indeksiAze 2400

Tarixi

Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var.

Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir.1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Şəhid olmuşdur 613. Əlil olmuşdur 657 •Milli qəhrəmanlar 10 Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan olunmuşdur:

Mədəniyyəti

Xocalıda aparılan qazıntilar zamanı tapılan saxsı qablar

Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur.

Coğrafiyası və iqlimi[redaktə]

Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir.



Xocalının tarixi-mədəni abidələri

  • Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
  • Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
  • Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
  • Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
  • Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
  • Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
  • Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
  • Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)
  • Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
  • Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
  • Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
  • Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)
  • Türbə – XlV əsr (Xocalı şəhəri)
  • Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)
  • Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
  • Alban məbədi - 905-ci il (Şuşa kəndi)
  • Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
  • Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)
  • Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
  • Qala – X əsr (Maşxmaat kəndi)
  • Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
  • Məbəd kompleksi - VII əsr ( Badara kəndi)
  • Qala - IX əsr ( Daşbaşı kəndi)
  • Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)
  • Aslan qalası – IX əsr (Anabert kəndi)
  • Mədəb – XIII əsr (Xanabad kəndi)

Erməni işğalı nəticəsində dağıdılmış abidələr

  • Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar;
  • Dini abidələrdən Meşəlidəki «Seyid qəbri»;
  • Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir);
  • Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir;
  • XIV əsrə aid olan Xocalı Məqbərəsi;

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Jump up Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)
[göstər]
b·m·r
Xocalı rayonunun yaşayış məntəqələri

Xankəndi - 26 dekabr 1991

Отправлено 28 дек. 2014 г., 12:01 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2014 г., 12:36 ]

Xankəndi  Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Xankəndi şəhəri
Stepanakert collection.jpg


Xəritədə yeri
Xankəndi Azərbaycan xəritəsində
Xankəndi
Xankəndi
Məlumatlar
ÖlkəFlag of Azerbaijan.svg Azərbaycan
BölgəDağlıq Qarabağ
Ərazi8 km²
Əhali53.300[1] nəfər (2012)
Nəqliyyat kodu26
Telefon kodu+994 26
Poçt indeksiAZ 2600
İnternet saytıxankəndi.az

Mənbə: http://az.wikipedia.org/


İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.[1] Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.[2]

Şəhərin adının tarixçəsi

1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki "Xankəndi" adı bərpa edilmişdir.

Sərhəd rayonlarXankəndi Azərbaycan xəritəsində

Xankəndi şəhəri Şuşa və Xocalı rayonlarının arasında yerləşir.

Tarixi

Yelizavetpol quberniyasının 1903-cü ilin xəritəsində Qarabağ ərazisi

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama,  XocalıyaMalıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Rusiya işğalı dövrü

Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

Cümhuriyyət dönəmi

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın NaxçıvanZəngəzurDağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. BakıŞamaxıQubaGöyçayGöyçə,Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Stepanakertdə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.

SSRİ dövrü

Azərbaycanın Sovet İmperiyası tərəfindən işğalından sonra təşkil olunan əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin,Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə tamamilə yad olan bolqar, ancaq biri - Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütn qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyat verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı. Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyat verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyatını qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S.Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi. 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə KomitəsiDağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.

Ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adı da dəyişdirilir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin "müraciəti" nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur. Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir. Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi. A.Tamanyan region üçün yad adam idi. O ancaq 1923-cü ildə 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilir. Həm İrəvanda, həm Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırılır. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar) 1927-28-ci ildə Üçmüəzzənin (sonradan ermənilər oranı Eçmiadzin adlandırdılar) baş planını hazırlayır. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilir. A.Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın razılığı ilə 1926-cı ildə Xankəndinin baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi. Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal etmişdir.

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başlayır. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı. Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı. [3]

Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu tabeçiliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran rayonu adlandırıldı. [4]

Qarabağ müharibəsi dövrü

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.

May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. [5]Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndində Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb. [6]

Atəşkəs dövrü

Qarabağ müharibəsi dövründə Xankəndi şəhəri böyük dağıntılara məruz qalır. Lakin müharibədən sonra ermənilər xaricdəki diasporun köməyi ilə Xankəndini bərpa edirlər. Onu da qeyd etmək lazımdır ki, ermənilər işğal olunmuş digər rayonların şəhər mərkəzlərini talan edərək onların vasitəsilə Xankəndini və həmçinin Dağlıq Qarabağdakı digər şəhərləri çox ucuz qiymətə bərpa ediblər. Bundan başqa erməni diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndinə qədər 64 km uzunluğunda, çəkilişi 1999-cu ildə tamamlanan şose yolu çəkilmişdir ki, bu yol Ermənistan ilə işğal olunmuş əraziləri birləşdirən yeganə yoldur. [7] 2000-ci ildə Xankəndində separatçı Dağlıq Qarabağ Respublikasının "prezident"i Arkadi Qukasyana sui-qəsd təşkil olunur. Qukasyan bu hücum nəticəsində sağ qala bilir. Sui-qəsdin təşkilatçısı kimi Qarabağdakı erməni ordusunun komandanı olan Samvel Babayan tutularaq 14 illik həbs cəzasına məhkum edilir.

Şəhərdə terror, sui-qəsd və hücum aktları

  • 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib.
  • 28.06.1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışdır.
  • 20 sentyabr 1991-ci ildə şəhərdə Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və15 il müddətində azadlıqdan məhrum olmuşdur.
  • 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılır.
  • 1990-cı ilin iyununda Xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılır.
  • 15 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılmışdır. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil.
  • 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur.
  • 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir.
  • 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir.
  • 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyirdilər.
  • 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir.
  • 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir.
  • Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. Belə ki, KərkicahanCəmilli və Kosalar ərazisində xalqın mal-qarası, xırda buynuzlu heyvanları ya oğurlanır, ya da güllələnir.
  • 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.

Əhalisi

Bir çox illərdə ermənilər Xankəndi şəhərinə köç etmişdirlər. İlk köç 1800-cü ildə, İbrahimxəlil xan Cavanşirin dönəminə təsadüf edir. Daha sonralar 180418501890,19151937 və 1951-ci ildə minlərlə erməni buraya köç etmişdir. Ən son köç isə 1988-ci ildə Sumqayıt ermənilərinin köçü olmuşdur. Onlar əsasən Xankəndi,KərkicahanKosalarBəhlulunCəmilli ərazilərində məskunlaşmışdırlar.

Bu gün Xankəndi əhalisinin çox hissəsi BakıAbşeronPirşağıMərdəkanZuğulbaGəncəSumqayıtNəsimi rayonuAğcabədiNaftalan və Ağcakənd ərazilərində məskunlaşmışdırlar. Qarabağ müharibəsinin ilk məcburi köçkünləri olmuş Xankəndi camahatı Gəncənin "Üzümçülük Savxozu" deyilən ərazidə yaşamışlar.

Hal-hazırda erməni mənbələrinin verdiyi məlumata görə şəhərin əhalisi 50.000 nəfərdir. Müstəqil mənbələr isə şəhərin faktiki əhalisinin sayının bundan bir neçə dəfə az olduğunu bildirir. Şəhərdə yaşayan əhalinin hamısı etnik ermənilərdir. Şəhərdə azərbaycanlıların və ya hər hansı digər millətdən olanların buraya köçərək yaşamasına icazə verilmir.

Etnik tərkibi

Xankəndi şəhəri : 1979-cu il siyahıya alması
Etnik quplarəhalinin Sayı (Nəfər) [8]
Azərbaycanlılar4.303 (11,0%)
Ukraynalılar82 (0,2%)
Ruslar549 (1,4%)
Ermənilər33.898 (87,0%)
Bütün şəhər üzrə38.948 (100%)

Coğrafi mövqeyi

Xankəndi şəhəri Azərbaycan Respublikasının xəritəsində


Dağlıq Qarabağın mərkəzi. Qarqarçayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir. Ərazisinin çox hissəsi dağlıq, dağətəyi zonada keçir.

Florası

Xankəndi və onun ətrafında bir çox qiymətli bitki növləri yetişir.

  • Adi şabalıd (Castanea sativa Mill.) – arealı tədricən azalan relikt növ olub dəniz səviyyəsindən 600 - 1100 m yüksəkliklərdə, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, rütubətli qonur - gillicəli torpaqlarda bitir. Xankəndinin Moşxmaat kəndi ətrafında rast gəlinir.
  • Hirkan ənciri (Ficus hyrcana Grossh.) - Azərbaycan endemi olub aşağı dağlıq qurşağın rütubətli-mülayim iqlim şəraitində bitir. Şuşa, Xankəndi ətrafında yayılmışdır.
  • Hirkan şümşəsi - pırkal (Ilex hyrcana Pojark.) - nəsli kəsilmək təhlükəsi altında olan relikt növ olub (Qafqaz və İran İslam Respublikası endemi) dağınıq halda fıstıq, fıstıq - vələs və qarışıq meşələrdə, kolluq kimi rast gəlinərək Xankəndinin Badara və Daşaltı kəndi ətrafında rast gəlinir.
  • Təkdənli buğda (Triticum monococcum L.) – çox nadir növ olub quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda bitir. Laçın rayonu ərazisində və Şuşa ətrafında, Xankəndi ərazisinində ŞuşakəndTopxana ətrafında rast gəlinir.
  • Uzunyarpaq tozbaş səhləb (Cephalanthera longifolia (L.) Fritsch) – arealı kiçilməkdə olan az rast gələn növ olub аşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində yayılmışdır. Xankəndi şəhəri ətrafında yayılmışdır.
  • Vələsyarpaq azat (Zelkova carpinifolia (Pall.) C. Koch. (Z. hyrcana Grossh. et Jarm.)) - Qafqazın və İranın nadir relikt növü olub dəniz səviyyəsindən 1300-1500 m yüksəklikdəki qurşaqda təmiz və ya qarışıq meşələr yaradır. Göstərilən iqtisadi-coğrafi rayonda Xankəndi və Şuşa ətrafları, Xocavəndin Domı, Axullu, FüzulininHoqa kəndləri ətrafında yayılmışdır. [9]

İqlimi

Buranın iqlimi əsasən mülayimdir. Dağlıq ərazidə yerləşdiyi üçün qışda ərazi soyuq, yayda isə sərin keçir.

Fəsiltemperatur
Yaz8-15C
Yay30C və yuxarı
Payız1C-4C
Qış-10C və yuxarı

İqtisadi xarakteristikası

Tələbə Prospekti

Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzlərindən biri olmuşdur. Yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardı. Şəhərdə 3 savxoz və 1 kolxoz fəaliyyət göstərirdi. Bu savxozlarda insanlar taxılbuğdaarpa,pambıqkökkələmxiyarqarpız və digər bitkiləri əkirdilər. Şəhərdəki yeganə kolxozda isə əsasən atçılığa və maldarlığa çox üstünlük verirdilər. Burada Qarabağın cins atları yetişdirilirdi.

Həmçinin şəhərdə nəşriyyat da, çox inkişaf etmişdir. SSRİ dönəmində şəhərdə üç qəzet (Qarabağ, Xankəndi və Komsomolçu gənclər) fəaliyyət göstərirdi. 1978-ci ildə Xankəndi Gənc Jurnalistləri Evi də açılmışdır.

Erməni diasporunun pulları hesabına şəhərdə bir neçə hotel tikilmişdir. Bu hotellərdə əsasən Dağlıq Qarabağı gəzməyə gələn erməni diasporunun nümayəndələri qalırlar. Bununla belə iş yerlərinin olmaması səbəbindən əhalinin çoxu Xankəndini ya tərk edib, ya da aclıq həddində yaşayırlar. Hal-hazırda erməni diasporu Qarabağa, Xankəndiyə, Şuşaya və digər ərazilərin abadlaşdırılması üçün pul sərmayə qoyduqlarını bildirirlər. Bəs hanı o sərmayə? Bu gün Xankəndi şəhərinin bir hissəsi, KərkicahanKosalar, tarixi Yeddiqaya kimi gözəl ərazilər indi xarabalığa dönmüşdür.

Mədəniyyəti

Xankəndi şəhərində bir çox mədəniyyət yerləri olmuşdur. Şəhərdə 2 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 rəqs məktəbi, 1 rəsm məktəbi fəaliyyət göstərirdi. SSRİdönəmində şəhərin mədəniyyət evi V.İ.Leninin adını daşıyırdı. Qarabağda ilk rəqs məktəbi Xankəndi şəhərində 1972-ci ildə istifadəyə verilmişdir. Şəhərdə 1936-cı ilə qədər qızlar və oğlanlar birlikdə təhsil almırdılar. [Mənbə göstərin]

Tanınmış şəxsləri

Şəhidləri[redaktə]

Ümumiyyətlə Xankəndi, rayonları, kənd və qəsəbələrində bütövlüklə 31.000 şəhid və 49.492 əlil vardır.

Xankəndi şəhəri 2009-cu ilin fevral ayında

İstinadlar

  1. ↑ Jump up to:1,0 1,1 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)
  2. Jump up Erməni iddialarının “Sovet dövrü”
  3. Jump up Xankəndi - Azərbaycanın mirvari şəhəri
  4. Jump up Qarabağ tarixinin salnaməsi (1960-1970-ci illər) - Azerbaycanli.org
  5. Jump up İşğal tarixi xankendi.az
  6. Jump up Tomas De VaalBlack Garden. Armenia and Azerbaijan through Peace and War. Nyu-York Nəşriyyatı, 2003-cü il
  7. Jump up BBC Radiosu
  8. Jump up Dağlıq Qarabağın Əhalisi
  9. Jump up Qarabağın Təbiəti

Xarici keçidlər

Həmçinin bax

1-5 of 5